Müəllimlər günü ilə əlaqədar Sabirabad rayonunun Türkədi kənd sakinləri təhsil naziri Ceyhun Bayramov və ölkə başçısına müraciət ediblər.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Rayon sakinləri bildiriblər ki, adıçəkilən kənddə yerləşən məktəb qəzalı vəziyyətdədir.
Valideynlər övladlarını uçmaq təhlükəsi ilə üz-üzə qalan məktəbə göndərməyə qorxduğunu dilə gətiriblər. Hətta diqqətə çatdırılıb ki, məktəb ilanlarla doludur.
Ailələr övladlarının yaxşı təhsil alması üçün yeni məktəb binasının tikilməsini xahiş edirlər. Valideynlərin bildirdiyinə görə, uşaqlar bu məktəbdə virusa yoluxub, xəstələnirlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər