Xəbər lenti

Ölkə 15:00 24.07.2018

"Azərbaycanda ödənişli ola biləcək yol yoxdur" - Ekspert

"Ödənişli avtomobil yolları ilə bağlı bu gün çoxlu suallar eşitdim. Məlumat üçün deyim ki, hazırda ölkəmizdə ödənişli ola biləcək yol hələ ki, yoxdur".
 
Qaynarinfo xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. O, qeyd edib ki, ödənişli yolun olması üçün qanunda qoyulan 2 vacib şərt təmin edilməlidir:

1. Ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır (iki məntəqəni birləşdirən yeganə yol heç vaxt ödənişli ola bilməz).
2. Ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün satandart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır.

"Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol (Biləsuvar və Cəlilabaddan keçən yol) tam bərpa olunaraq ideal vəziyyətə gətirilsin. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil", - deyə ekspert bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->