Azərbaycanda elektrikli avtomobillər: Hökumət nə etməlidir? (ŞƏRH)

Azərbaycanda elektrikli avtomobillər: Hökumət nə etməlidir? (ŞƏRH)

"Elektriklə işləyən avtomobillərin Azərbaycana az gətirilməsinin bir neçə səbəbi var. Burada ən obyektiv səbəb odur ki, gətirilən avtomobillərin böyük hissəsi ikinci əl avtomobillərdir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Azərbaycanda müasir, ekoloji təmiz, elektriklə işləyən avtomobillərin sayının azlıq təşkil etməsinin səbəblərini açıqlayarkən deyib. Onun sözlərinə görə, hibrid və elektrik avtomobilləri Azərbaycana əvvəlki illərdə idxal olunub:

"Son model elektrik avtomobilləri çox bahalıdır və onları almaq Azərbaycan vətəndaşının imkanı xaricindədir. Son zamanlar vətəndaşların üstünlük verdiyi hibrid avtomobillər də həmçinin. Yəni tam elektrik avtomobilinə keçənə kimi bu tipli avtomobillərdən istifadə olunur. Ancaq son günlər hibrid avtomobillərinə qarşı Dövlət Yol Polisinin keçirdiyi reydlər zamanı avtomobillərin ətraf mühitə karbonun çox buraxılmasıyla bağlı ciddi tələblər qoyulub. Bu da hibrid avtomobilləri sevənlərə narahatlıq törədib. İkinci əl elektromobillərin akkumulyatorlarına qulluq baha olduğundan, eyni zamanda "hibrid" (həm elektrik, həm də yanacaqla işləyən) avtomobillərdə səsboğucuda (qluşiteldə) yerləşdirilmiş karbon qazının atmosferə ziyanlarını vaxtında müəyyən etmək üçün quraşdırılmış filtrlər, sayğaclar çıxarılıb atıldığından, həmin maşınlar Azərbaycana bu şəkildə idxal olunur".
 


Nazim Bəydəmirli hesab edir ki, elektrikli avtomobillərin infrastruktu Azərbaycanda az və həmin avtomobillərin akkumlyatorlarının sonradan təkrar istifadəsi bahalı olduğundan avtomobilsevərlər bəzən onlara üstünlük vermirlər: 

"Obyektiv və subyektiv səbəbləri götürdükdə ekoloji təmiz avtomobillərə keçidi təmin etmək üçün Avropanın təcrübəsindən yaralanmaq lazımdır. 2025-ci ildə əksər ölkələrdə, 2030-cu ildən isə Avropa İttifaqına daxil olan bütün ölkələrdə dizel yanacaqla işləyən avtomobillərin istismarı qadağan olunacaq. Onlar təkcə qadağanedici tədbirlərlə deyil, həm də təşviqedici adımlarla həyata keçirirlər. Azərbaycan hökuməti də bu təcrübədən yararlanmalıdır və birinci infrastrukturu təmin etməlidir. İkincisi, xarici ölkədə həmin elektromobili istehsal edən şirkətin Azərbaycana girişi, onun servis və digər xidmətləri olmalıdır. Məsələn, Gürcüstanda hansısa bir Çin şirkəti böyük elektromobil zavaodunun tikintisini həyata keçirir, yaxın aylarda istifadəyə verilməlidir. Biz bu təcrübədən yararlanmamışıq. Bizdə əksinədir, yeni sənaye məhəllələrində İran, Çin, Naxçıvan avtomobillərinin köhnə texnologiya ilə benzinlə işləyən avtomobillərin istehsalını həyata keçirmək cəhdləri olub. Hökumət burada maraqlı görümmür. Görünür, daha çox benzin və yanacaq satmaq məqəsədi güdülür".

Bahar Rüstəmli

X
XƏBƏRLƏR
BLOGLAR