Azərbaycanda futbol üzrə I Divizionun oyunlarına təyinat alan yan xətt hakimlərinin qonorarları artırılıb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, 2019/2020 mövsümü üçün Premyer Liqa, Azərbaycan Kuboku və I Divizion yarışlarının Əsasnaməsində yer alan göstəricilərə əsasən, I Divizionunun qarşılaşmalarında iş başında olacaq yan xətt hakimləri, eləcə də hakim-inspektor və AFFA nümayəndələrinə əvvəlki kimi 150 manat deyil, 200 manat ödəniləcək.
Premyer Liqa və Azərbaycan Kubokunun oyunlarını idarə edəcək baş hakimlərin qonorarları isə azaldılıb. Referilər hər bir matç üçün 700 manat deyil, 650 manat alacaqlar.
Premyer Liqa və Azərbaycan Kuboku
Baş hakim – 650 manat
Yan xətt hakimi – 400 manat (hər biri)
Ehtiyat hakim – 250 manat
Hakim-inspektor – 300 manat
AFFA nümayəndəsi – 300 manat
I Divizion
Baş hakim – 300 manat
Yan xətt hakimi – 200 manat (hər biri)
Ehtiyat hakim – 120 manat
Hakim-inspektor – 200 manat
AFFA nümayəndəsi – 200 manat
Şərhlər