Ölkə 15:47 27.02.2021

Azərbaycanda indiyədək neçə nəfər vaksinasiya olunub?

Fevralın 26-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23 939 nəfər vaksinasiya olunub.

Qaynarinfo koronovirusinfo.az-a istinadən məlumat verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.