Azərbaycanda fəaliyyət göstərən iri bankların əksəriyyəti ipoteka kreditləri verməkdən imtina edir.
Banklar arasında keçirdiymiz sorğu zamanı məlum oldu ki, kommersiya təşkilatları bu barədə yuxarı instansiyadan (Mərkəzi Bankdan-red) göstəriş gözləyir.
Hazırda banklara ötən ildən edilən minlərlə müraciət baxılmamış qalıb. İpoteka Fondudna ötən ilin dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməyən təxminən 20 milyon manat hissəsi, habelə Fondun istirqazlardan əldə etdiyi və kreditləşmədən əldə olunan vəsaitlərə malikdir. Amma banklar müvafiq tapşırıq gələnə qədər gözləmək niyyətindədirlər.
Adının çəkilməsini istəməyən bank əməkdaşı bildirib ki, bu il təxminən 10 banka ipoteka limiti veriləcək. Qalan kommersiya təşkilatları özünü doğrultmur, kreditləşməni və yığıma nəzarəti normal həyata keçirə bilmir. Ona görə İpoteka Fondu onlarla əməkdaşlığı dayandırıb.
Mənbənin sözlərinə görə ipoteka kreditlərinin verilməməsi iki səbəblə bağlıdır. Hökumətin seçkidən əvvəl bu sahədə vədləri var, hazırda yeniliklərin mexanizmləri ilə bağlı hökumətdə müzakirələr aparılır. Daha bir səbəb isə büdcədən Fond üçün ayrılan 40 milyon manatın köçürülməməsidir.
Qaynar.info
Şərhlər