Bu ilin sentyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 294,6 min nəfər olub, onlardan 4 965,4 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,06%, məşğul əhalinin sayı isə 1,65% artıb.
Cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1689,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,4 min nəfər, qeyri-dövlət sektorunda isə 784,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1657,8 min nəfər çalışıb.
Şərhlər