Azərbaycanda kənd təsərrüfatı istehsalı artdı

Azərbaycanda kənd təsərrüfatı istehsalı artdı

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatının istehsalı 5,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artıb.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 105,2 milyon manat təşkil edib ki, onun da 2 milyard 894,4 milyon manatı heyvandarlıq, 3 milyard 210,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 353,9 min ton, süd istehsalı 1,6 faiz artaraq 1433,8 min ton təşkil edib.
XƏBƏRLƏR
BLOGLAR
X