Video 09:12 11.07.2020

Azərbaycanda koronavirusdan ilk ölümün qeydə alındığı kənddən videoreportaj

Baku TV komandası bu həftə Lənkaranın Boladi kəndinə üz tutub.

Bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10000 əhalisi olan kənddə indiyədək 70 nəfər koronavirusa yoluxub.

Amma buna baxmayaraq, kənd camaatının küçədə maskasız, əlcəksiz gəzməsi müşahidə edilir. Burada hələ də virusa inanmayanlar olsa da, digər tərəfdən koronavirusdan sağaldıqlarına görə, qurban kəsənlər də var.

Qəribəsi budur ki, Baku TV komandası kəndə çatdığı zaman yol kənarında dayanan qadınlar bu kəndin təhlükəli olduğunu deyiblər və ora getməyin məqsədəuyğun olmadığını bildiriblər.

Ətraflı Baku TV-nin xüsusi buraxılışında baxa bilərsiniz: