90 yaşlı Tamara Həmidova artıq koronavirusdan sağalaraq evə buraxılıb.
Bu barədə Trend-ə 1930-cu il təvəllüdlü Tamara Həmidovanın nəvələri bildiriblər.
Onların sözlərinə görə, 90 yaşlı qadın oğlunun ailəsi ilə birlikdə yaşayır.
T.Həmidova bir müddət əvvəl koronaya yoluxub. O, evdə bir müddət müalicə olunduqdan sonra təcili yardıma müraciət olunub. 90 yaşlı qadının vəziyyəti ağırlaşdığından dərhal Cəlilabad rayonunda yerləşən xəstəxanaya aparılıb.
Orada müalicə olunan T.Həmidova həkimlərin səyi nəticəsində sağlığına qovuşub. Hazırda evində ambulator müalicə alan 90 yaşlı qadının vəziyyəti normaldır, özünü yaxşı hiss edir.
T.Həmidovanın ailəsi Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə, xüsusən də Cəlilabad rayon xəstəxanasının həkimlərinə öz minnətdarlıqlarını bildiriblər.
Şərhlər