Xəbər lenti

Azərbaycanda koronavirusla bağlı son vəziyyət (AÇIQLAMA)
Sağlamlıq 12:41 29.01.2020

Azərbaycanda koronavirusla bağlı son vəziyyət (AÇIQLAMA)

"Hələlik Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ölkəyə şübhəli hal daxil olmayıb”.

Qaynarinfo xəbər verir ki, bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: "Tək-tək hallarda rast gəlinən qrip virusu təsdiq olunan mövsümi qrip hadisələridir. Buna baxmayaraq Səhiyyə naziri Oqtay Şirəliyev profilaktik tədbirlərin aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, nazirliyin bütün tibb idarələrinə konkret tapşırıqlar verilib”.

Mütəxəssis vətəndaşlara müraciət edərək bildirib ki, virusun əlamətləri qripin klinikasına oxşardır: "İlk növbədə əhalinin kütləvi toplandığı yerlərdən uzaq olmaq lazımdır. Əgər ətrafda xəstə şəxs varsa, ondan kənar gəzmək məsləhətdir. Çöldən gələndə əllərin sabunla yuyulması, spirtlə silinməsi mütləqdir. Eyni zamanda kimsə özündə virusun hər hansı əlamətini hiss edərsə, dərhal həkimə müraciət etməlidir”.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->