Azərbaycanda koronavirusun statistikası: Neçə nəfər yoluxub, neçə nəfər sağalıb?

Azərbaycanda koronavirusun statistikası: Neçə nəfər yoluxub, neçə nəfər sağalıb?

Azərbaycanda koronavirusa yoluxanların sayı daha 76 nəfər artıb.

Qaynarinfo xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxmuş insanların sayı 717 nəfərə çatıb. Virusa yoluxanlardan 44 nəfəri sağalıb, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Son 24 saatda daha bir nəfər dünyasını dəyişib. Bununla da Azərbaycanda koronavirusdan dünyasını dəyişən şəxslərin sayı 8-ə çatıb.

Qeyd edək ki, dünyada 1362045 nəfər koronavirusa yoluxub. Bunlardan 7632 nəfəri dünyasını dəyişib, 293655 min nəfər sağalıb. Hazırda 992062 nəfər müalicə olunur ki, bunun 47605 nəfərinin vəziyyəti kritikdir.


  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR