Xəbər lenti

Ölkə 12:25 18.03.2021

Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı (RƏSMİ)

Azərbaycanda yeni ştamm aşkarlanıb.
 
TƏBİB-dən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən götürülən nümunələrdə mütəmadi olaraq "Sars Cov-2” genom analizləri edilərək, şübhəli variantlar təqib olunur:

"Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib”.

Rəsmi məlumata görə, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan "Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?