2005-ci ilin oktyabrından etibarən yayımlanan "Maşın” şou bu günə qədər 15 maşın hədiyyə edib.
"Qaynarinfo" kult.az-a istinadən xəbər verir ki, müəllif və aparıcısı Murad Dadaşov olan şounun ilk 3 buraxılışında sıravi vətəndaşlar, sonrakı buraxılışlarda isə yalnız tanınmış simalar maşına sahib olublar.
15-ci qalibi dünən açıqlanan "Maşın” şounun bu günə qədərki qaliblərini təqdim edirik:
Maşın 1: Birinci sürət - Malik Eyvazov
Maşın 2: İkinci sürət - Gülya Əliyeva
Maşın 3: Üçüncü sürət - Adil Qəhrəmanov
Maşın 4: Dördüncü sürət - Rafael İsgəndərov
Maşın 5: Payız əfsanəsi - Turan İbrahimov
Maşın 6: Korrida - Ülvi Cəfərov
Maşın 7: 007 - Murad Arif
Maşın 8: Dəhşət - Könül Kərimova
Maşın 9: Qızıl həyəcanı - Əlikram Bayramov
Maşın 10: Transformer - Sadıx Mustafayev
Maşın 11: Revanş - Müşfiq Şahverdiyev
Maşın 12: Möhtəşəm - DJ Çina
Maşın 13: Daha bir nağıl - Xatirə İslam
Maşın 14: Qarşıdurma - İslam Mehrəliyev
Maşın 15: Xanımlar VS cənablar - Talıb Tale
Qeyd edək ki, 15-ci sürət finalı baş tutan layihənin 11 buraxılışı Lider televiziyasında, bir buraxılışı ANS-də, üç buraxılışı isə ATV-də yayımlanıb.
Qaynarinfo.Az
Şərhlər