Müğənni Günay İbrahimli Azərbaycanın toylarda ən çox pul verdiyi rayonlarının adlarını açıqlayıb.
"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, müğənnilər Günay İbrahimli, Ceyhun Zeynalov, Elvin Abdullayev “Xəzər TV”-də yayımlanan “5-də 5” verilişinin qonağı olub.
Aparıcı Zaur Kamal Günay İbrahimlini çətin vəziyyətə salan suallar verib. “Azərbaycanın hansı rayonlarında toylarda daha çox pul verilir” sualına müğənni belə cavab verib:
“Şəmkir, Naxçıvan və cənub bölgəsindəki toylarda müğənniyə daha çox pul verilir”.
Həmin kadrları sizə təqdim edirik.
Qaynarinfo.Az
Şərhlər