Azərbaycanda azyaşlılar arasında narkotik vasitələrdən istifadəyə meyillik var.
Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib.
O bildirib ki, 2016-2017-ci illərdə yeniyetmələr arasında narkotikdən istifadəyə görə məsuliyyətə cəlb olunanlar var:
"Rəsmi statistikaya görə, ölkədə 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyatdadır. Bunların arasında yeniyetmələr və azyaşlılar da var. Məsələn, 2016-cı ildə 5, 2017-ci ildə isə daha 5 azyaşlı və yeniyetmə narkotik maddədən istifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib. Bu da yetkinlik yaşına çatmayanlar arasında narkotik maddəyə meyillənmədən xəbər verir".
M.Əfəndiyev əlavə edib ki, narkotik istifadəçiləri arasında 14-17 yaşlılar, həmçinin 17-29 yaş arasında olan gənclər var: "Ölkədə qeydiyyatda olan 30 min narkotik istifadəçisinin 5 min nəfəri 17-29 yaş arası gənclərdir".
Şərhlər