Bu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfər olub və onların 28,8 faizini qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 76 faizi 4-7-ci təsnifatları üzrə və 19,5 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.
Onların 6,9 faizi 1 ilə qədər, 26,1 faizi 1 ildən 5 ilə qədər, 22,2 faizi 5 ildən 10 ilə qədər, 17,3 faizi 10 ildən 15 ilə qədər, 27,5 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,5 faiz, 30-34 yaşda 15,7 faiz, 35-44 yaşda 23 faiz, 45-54 yaşda 21,9 faiz, 55-62 yaşda 18,3 faiz, 63-64 yaşda 2,3 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.
Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,7 faizini şöbə müdirləri, 11,3 faizini şöbə müdirinin müavinləri, 8,2 faizini sektor müdirləri, 25,9 faizini baş məsləhətçilər, 5,3 faizini böyük məsləhətçilər, 13 faizini aparıcı məsləhətçilər və 20,5 faizini məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,1 faiz komplektləşdirilib.
Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2017-ci ildə 690,7 manat təşkil edib.
Şərhlər