Video 13:45 18.01.2021

Azərbaycanda pensiyalar artırılır (RƏSMİ/VİDEO)

Ölkədə pensiyaların ilin əvvəlində indeksləşdirilərək artırılması nəzərdə tutulur.

Qaynarinfo xəbər verir ki, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatına həsr olunan mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

A.Kərimov qeyd edib ki, pensiya indeksləşdirildikdən sonra, artıq artım məbləği barədə rəqəm söyləyə biləcəklər.