Xəbər lenti

Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub? (RƏSMİ)
Ölkə 16:45 08.02.2021

Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub? (RƏSMİ)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vaksinasiyadan sonra tibb işçiləri arasında virusa yoluxma halının olub-olmaması məsələsinə münasibət bildirib.

Qaynarinfo-nun məlumatına görə, TƏBİB-dən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, qurum Sumqayıt və Abşeron daxil olmaqla, digər bölgələrdə vaksinasiya aparır.

"Bölgələrdə olan səhiyyə müəssisələrində COVID-19 əleyhinə peyvənd vurduran tibb işçilərində sonradan virusa yoluxma faktı qeydə alınmayıb”.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvənd ilkin mərhələdə risk qrupuna aid olan səhiyyə işçilərinə vurulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->