Xəbər lenti

Azərbaycanda pomidor böhranı necə həll olunacaq?
Ölkə 22:30 15.07.2019

Azərbaycanda pomidor böhranı necə həll olunacaq?

2019-cu ilin təsərrüfat mövsümü  qlobal iqlim dəyişikliklərilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə bağlarında ağacların mayalanmasına mənfi təsir göstərərək potensial məhsuldarlığı aşağı salmışdı, iyunun sonu iyulun əvvələrindən başlayaraq isə açıq sahə tərəvəzçiliyində istehsal tsiklinin ləngiməsinə yol açdı.

Adətən, iyunun sonu istixana təsərrüfatları istehsal dövrünü başa çatdırır, iyulun əvvələrindən əhali açıq sahədən gələn ucuz məhsullarla qış tədarükünə başlayırdılar.

Lakin göründüyü kimi iyulun birinci yarısını başa vursaq da məhsulların yetişməsi üçün tələb olunan orta temperatur əmsalının formalaşmaması nəticəsində məhsullar sahədə yetişmir. Arxada qoyduğumuz son iki gündə - istirahət günlərində əsl payız havası yaşadıq, Abşeron yarımadasında havalar küləkli, sərin keçsə də, regionlarda güclü yağışlarla müşayət olundu.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) eksperti Nicat Nəsirli bildirib ki, elə bu dəqiqələrdə əsas pomidor istehsalçısı olan Xaçmaza güclü yağış yağır:

""Adətən, iyulda yayın cırhacırını yaşayırdıq, bu gün isə əynimizi qalın edib oturmuşuq, yağışın kəsməyini gözləyirik.Pomidorlar isə sahədə ağarıb qalıb. Havalar məhsulun yetişməsinə imkan vermir”. Bir neçə dəqiqə əvvəl zəng vurduğum Tərəvəzçilik Elmi Tətqiqat İnstitunun Xaçmazda yerləşən bölgə təcrübə stansiyasının rəhbəri Aləmşah müəllim mənə belə dedi.

İnstitutun Lənkəran rayonunda yerləşən elmi təcrübə stansiyasının rəhbəri Həzər müəllim isə dedi ki, bir neçə gündür yağan yağış axşam dayanıb:

"Yağışlar nəticəsində məhsulun xarici görünüşündə çatlar əmələ gəlir, dəymiş pomidor əmtəə görünüşünü itirir. Bu fəsildə nəmlik dərəcəsini artması göbələk xəstəliklərinin artmasına da səbəb olur””. 

N.Nəsirli qeyd edib ki, havaların gah isinib, gah soyuması bitkilərlə yanaşı insanlar üzərində də stress amilini  gücəndirir:

"Son günlər hamı bir -  birindən havaların niyə soyumasını soruşur, həyat ritmi pozulub, insanlar adaptasiya ola bilmirlər. Avropadakı bir sıra sosial-iqtisadi araşdırma mərkəzləri bu amili vurğulayaraq iqlim dəyişmələrinin təsərrüfat əhəmiyyətini mənfi qiymətləndirirlər. Avropa Meyvə-Tərəvəz İstehsalçıları Assosasiyası olan "Ardo”nun məlumatına görə, artıq üç ildir ki, qitə qışda quraqlıq, yayda isə qeyri-sabit hava şəraitindən əziyyət çəkir.

Qitənin əsas tərəvəzçilik  regionlarında atmosfer çöküntülərinin normadan aşağı düşməsi nəticəsində havada nəmlik defisiti yaranıb. Bunun əksinə, Avropanın bəzi hissələrində şiddətli yağışlar, dolu səbəbi ilə kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığa ciddi ziyan dəyib, iyul ayı isə quraqlıqla başlayıb.

Təşkilat hesab edir ki, bu il qış fəsili təqvimə "tabe olmayıb”, xeyli uzun çəkib, yaz isə quraqlıqla başlayıb və bu bölgəələrdə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib.  Bitkilərdə  abiotik amillərin təsiri ilə qeyri-adaptasiya əlamətləri müşayət olunur. Kəskin istilər nəticəsində ildən-ilə havada buxarlanmanın səviyyəsi artır, yeraltı su resursları tükəndiyi üçün istehsalın təbii dövriliyində fasilələr yaranır. Hesablamalara görə, 2050-ci ilə qədər qlobal iqlim dəyişiklikləri ildə 2 dərəcə istilik temperaturunun yüksəlməsi, paralel olaraq yağıntıların artması ilə müşayət olunacaq. Günəşli günlərin sayı isə (Azərbaycanda 325 gündür) il ərzində  65 faiz həddinə düşəcək”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->