Xəbər lenti

Azərbaycanda prokurorluq əməkdaşı faciəvi şəkildə öldü (FOTO)
Ölkə 11:54 19.02.2018

Azərbaycanda prokurorluq əməkdaşı faciəvi şəkildə öldü (FOTO)

Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb, sürücü ölüb, həyat yoldaşı və 6 aylıq qızı xəsarət alıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, su kanalına düşüb. Nəticədə sürücü hadisə yerində ölüb, onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Dəhşətli qəzada ölən Oruc Hümbətzadənin prokurorluq əməkdaşı olduğu məlum olub. Lent.az-ın məlumatına görə, o, Tovuz rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışırmış.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->