Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.
Qaynarinfo xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə saat 09:40 radələrində baş verib. Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı, "Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.
Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.
Nəticədə, avtomobilin sürücüsü hadisə yerində ölüb. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.
Şərhlər