Azərbaycanda qəbiristanlıq üçün saytı yaradılacaq (VİDEO)
Ölkəmizdə ilk dəfə bir qəbirstanlığın saytı yaradılacaq.Söhbət paytaxtın böyük məzarlıqlarından biri olan Yasamal qəbirstanlığından gedir
Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə avqustun 1-dən qəbirstanlıq Yasamal Bələdiyyəsinin idarəçiliyinə verilib.Bundan sonra qəbirstanlığın abadlaşdırılması ilə yanaşı informasiya sisteminin formalaşdırılmasına başlanılıb.
Abadlaşdırma işləri çərçivəsində qəbirlər siyahıya alınır,burada nə qədər insanın dəfn edildiyi dəqiqləşdirilir.Hazırda 400 qəbirlə bağlı məlumatlar öyrənilib. Bu rəqəmin bir neçə yüz mini keçəcəyi dəqiqdir.
Artıq məzarlarla bağlı məlumatların elektronlaşdırılmasına start verilib. Qəbirlərinin şəkilləri çəkiləcək və müvafiq saytda yerləşdiriləcək. Məlumatlarda məzar daşı, dəfn olunduğu ölkə və şəhər qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək.
Proqram təminatında nömrələnmiş qəbirlərin kimə aid olduğu haqqında məlumatların elektron sistemə qeyd edilməsinə başlanılıb.
Bütün məzarların nömrələnməsindən sora sayt tam hazırlanaraq istifadəyə veriləcək. Hazırda qəbirlərin siyahıya alınması davam etdilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər