Azərbaycanda soğanın qiyməti ucuzlaşdı

Azərbaycanda soğanın qiyməti ucuzlaşdı

Soğanın qiyməti xeyli aşagı düşüb. Bərdə və ətraf rayonlarda becərilən soğan həm sahədə, həm də bazarlarda qiymət iki dəfəyə qədər ucuzlaşıb.
 
Qaynarinfo Xezerxeber.az-ın məlumatına əsasən xəbər verir ki, soğanın pərakəndə satışı 30-40 qəpik arasındadır.

Xırda soğanın qiyməti ucuz olduğundan alıcısı daha çoxdur. Bir kisə xırda soğan 4 manata satılır. Əsasən Ağdamdan gətirilən soğanlar qışa qalır.

Həm məhsulu becərənlər, həm də alqı-satqısı ilə məşgul olanlar bildirirlər ki, soğanın ucuzlaşmasına səbəb sahələrdə kütləvi yıgımın aparılmasıdır. Həm də bu il məhsul bol olub.

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR