Xəbər lenti

Azərbaycanda terror aktı törətmək istəyən erməni məhkəmə qarşısında
Siyasət 11:43 06.11.2018

Azərbaycanda terror aktı törətmək istəyən erməni məhkəmə qarşısında

Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversantın məhkəməsi başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Dadaş İmanov sədrlik edir.

Erməni diversant Kazaryan Karen Armeni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin -

Həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1;

İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2;

İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3;

Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276;

İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinir.

Qeyd edək ki, K. Kazaryan Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədi ilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmək, Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün zəruri məlumatları toplayıb Ermənistanın xüsusi xidmət orqanlarına vermək məqsədi ilə 15 iyul 2018-ci il tarixdə, gecə saat 01 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələrinin istintaqa məlum olmayan iki hərbi qulluqçusu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, onların müşayiəti ilə həmin odlu silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və partladıcı qurğuları qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qoşunların təmas xəttindəki minalanmış, tikanlı məftil və mühəndis maneələri ilə təchiz olunmuş sahədən keçirərək və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində müəyyən edilmiş sənədlər, yəni şəxsi pasportu və müvafiq qaydada rəsmiləşdirilmiş icazəsi- vizası olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, yəni sərhəd, gömrük və digər növ yoxlamaların aparıldığı xüsusi təchiz olunmuş yerlərdən kənarda döyüş mövqelərinin yerləşdikləri yüksəkliklərin arasındakı çay yataqlarından piyada keçərək, Qazax rayonunun Kəmərli kəndi istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olub Qazax şəhərində odlu silahdan, döyüş sursatlarından, partlayıcı maddələrdən və partladıcı qurğulardan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayış törətməklə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına real təhlükə yaradaraq terrorçuluq törətmişdir. 

K.Kazaryan silah-sursatları, onların komplekt hissələrini, partlayıcı maddələri və partladıcı qurğuları gizlətdiyi ərazidən aralanıb Kəmərli kəndinin kənarı ilə Qazax şəhəri istiqamətində, təxminən, 50-100 metr məsafəni keçdikdən sonra, şəxsi mal-qarasını otarmağa çıxarmış kənd sakinlərinin diqqətini cəlb etdiyindən, onlar tərəfindən müvafiq dövlət qurumlarına məlumat verildikdən sonra, həmin gün, 15 iyul 2018-ci il tarixdə səhər saat 07 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin "Balakənd" adlandırılan ərazisində tutulduğundan, öz cinayətkar niyyətini tam başa çatdıra bilməmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə və sifarişlə, iki və daha çox şəxsi, terrorçuluqla əlaqədar və milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə və Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmə cinayətlərinin törədilməsinə cəhd edib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->