Xəbər lenti

Azərbaycanda yol polisi radara düşdü: Protokol başqasına yazıldı
Ölkə 21:22 06.08.2018

Azərbaycanda yol polisi radara düşdü: Protokol başqasına yazıldı

Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazılıb.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 189-cu kilometrliyində baş verib.

Belə ki, sürət həddi 60 km/saat olan yolda 110 km/saatla hərəkət edən YPX avtomobilinin əvəzinə radara yolun sağ tərəfində baqajı açıq şəkildə dayanan 90-BO-370 dövlət qeydiyyat nişanlı "Mercedes 190” markalı avtomobil düşüb və cərimə bu avtomobilə tərtib olunub.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı bildirib ki, belə texniki səhvlər çox nadir hallarda baş verir:

"Ümumiyyətlə protokollar avtomatik tərtib olunur. Daha sonra cərimələr çap olunaraq ünvana göndərilir. Ancaq həmin sistemə nəzarət edən şəxslər daha diqqətli olarsa, o məlumatı yoxlayarlarsa, belə səhvlər olmaz”.

Ekspertin sözlərinə görə, bu cür halla qarşılaşan şəxs protokolun surəti əlavə olunmuş ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir:

"Əgər söhbət sürət həddinin pozulmasından gedirsə, idarədə video görüntü olmalıdır. Həmin videoya baxdıqda fakt aydın şəkildə görünəcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->