Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 34 nəfər "COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 289 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib. 31 861 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 254, bu günə qədər isə ümumilikdə 3 040 386 test icra olunub.
Son sutkada koronavirus əleyhinə 34976 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6199 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1212163, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 787066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425097 təşkil edir.
Şərhlər