Azərbaycanda yoluxma bir qədər də azaldı

Azərbaycanda yoluxma bir qədər də azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1 854 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 33 033vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 885nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 626 916, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 996 400, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 630 516təşkil edir.
X
XƏBƏRLƏR
BLOGLAR