Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.
Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və "Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək:
"Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir”.
Şərhlər