Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.
Qaynarinfo report-a istinadən xəbər verir ki, taxılın ümumi çəkisi 1 023 tondur.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.
Şərhlər