"2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) nümayəndələri ilə görüş zamanı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terrorist təşkilatlara qoşulmaq üçün Suriya və İraqa gedənlərin ümumi sayının 1477 nəfər (1136 kişi və 341 qadın) olan Azərbaycan vətəndaşlarından 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir".
Qaynarinfo Asasmedya-ya istinadən xəbər verir ki, bu barədə ''Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat'' adlı yekun hesabatda qeyd edilib.
Hesabatda bildirib ki, şimal, cənub və şimal-qərb regionundan Suriya və İraqdakı ekstremist təşkilatlara qoşulmuş yerli sakinlərin ehtimalları göstərir ki, cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionunlarından olan "döyüşçülərin'" (müvafiq olaraq 201 və 114) payı daha yüksəkdir: "Rəqəmlərdəki bu uyğunsuzluq ekstremist ideyaların şimal sərhədləri boyu yayılması ilə əlaqələndirilə bilər. Geri qayıtmış keçmiş '"döyüşçü'"lər tərəfindən ekstremist ideyaların yayılma riski Azərbaycannın səlahiyyətli orqanları tərəfindən təsdiq edilib və aidiyyəti riskin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Həmin şəxslərdən az sayda terrorçu Azərbaycana qayıdıb və sanksiyalara məruz qalıb. DİN-in təqdim etdiyi rəqəmlərə görə, 309 şəxs (261 kişi və 48 qadın) ölkəyə geri qayıdıb (əsasən, Sumqayıt, Qusar, Balakən və Zaqataladan)".
Hesabata əsasən, ekstremist ideologiyaların yayılma mənbələri əsasən, xarici mənbələr olub və sadəcə o regionlardakı dini sferada mövcud gərginliklərlə qarşılıqlı əlaqə vasitəsilə gücləndirilib.
Qeyd edək ki, hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ''Həssas icmaların dayanıqlığının gücləndirilməsi'' layihəsi çərçivəsində hazırlanıb.
Şərhlər