2017-ci ilin yekununda dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin aktivləri ölkənin bank sektorunun aktivlərinin 31%-ni təşkil edib.
Qaynarinfo "Report"-a istinadla xəbər verir ki, bunu "Moody's" Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun vitse-prezidentinin köməkçisi Petr Paklin deyib.
Onun sözlərinə görə, bu, 2016-cı ilin yekunu ilə müqayisədə 8 faiz bəndi azdır.
"Ölkənin 3 ən güclü özəl bankı - "PAŞA Bank", "Kapital Bank" və "Xalq Bank" ASC-lər isə birlikdə aktivlərdə 31% paya malikdir. Qalan 26 bank isə aktivlərin 28%-nə nəzarət edir", - o qeyd edib.
Şərhlər