Ölkə 21:04 30.07.2021

Azərbaycanın daha 34 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verildi

"Rosselxoznadzor” avqustun 3-dən etibarən Azərbaycanın daha 34 müəssisəsinə və bir kooperativə Rusiyaya pomidor tədarükünə icazə verib.

Qaynarinfo bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, icazə karantin fitosanitar nəzarəti və yoxlamalar nəticəsində və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verilib.