İdman 23:28 22.06.2021

Azərbaycanın daha doqquz idmançısının Olimpiadada iştirakı rəsmiləşdi

Beynəlxalq Cüdo Federasiyası Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların siyahısını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Olimpiya reytinqinə əsasən müəyyənləşən vəsiqələrə 110 ölkənin cüdoçuları sahib olublar. 

Onlar arasında Azərbaycan yığmasının doqquz üzvü də var. Kişilərdən ibarət milli komandamızın Olimpiya Oyunlarına tam heyətlə yollanacağı rəsmiləşib. Cüdoçularımızdan Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauri (+100 kq) lisenziyalara sahib çıxıb.

Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerskaya (+78 kq) Tokio-2020-də iştirak hüququna yiyələnib. 

Bununla da Azərbaycanın Tokio-2020-də iştirak hüququ qazanan idmançılarının sayı 38-ə çatıb.