Foto 18:05 25.10.2020

Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?

Azərbaycan Müdafiə Nazirliyi, bu gün səhər saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatının (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirildiyi barədə məlumat paylaşıb.

Nazirlikdən təqdim edilən fotolarda PUA-da əldəqayırma partlayıcı olduğu görünür.

Sputnik Azərbaycan-ın türk mediasına istinadla verdiyi xəbərə görə, türkiyəli təhlükəsizlik mütəxəssisi Abdullah Ağar Twitter hesabında zərərsizləşdirilən dronun fotolarını paylaşaraq çox maraqlı bir dəyərləndirmə edib. Onun fikrincə, bu PUA-nın düzəldilməsində bir sıra terror təşkilatlarının, ilk növbədə PKK-nın əli var.

Ağar "Azərbaycan əsgərlərinin bu gün Cəbrayıl cəbhəsində düşürdükləri BOMBALI PUA. İçində əldəqayırma bomba var. Bunları ilk dəfə İŞİD-də görmüşdük. Sonra YPG/PKK-da. İndi də Ermənistan ordusunda. Şübhəliyəm ki, bu bombadan YPG/PKK iyi gəlir. Onların mallarına çox oxşayır çünki!" açıqlamasını verib.