Foto 10:56 15.09.2020

Azərbaycanın ilk tədris günündən FOTOLAR

Bu gün Azərbaycanda yeni tədris ilinə start verilir. 

Qaynarinfo xəbər verir ki, ölkə məktəblərinin bir çoxunun ibtidai siniflərində ilk dərs günü qeyd edilir.

Koronavirus pandemiyası ilə bağlı olaraq ölkənin heç bir məktəbində əyani formada bilik günü qeyd edilməyib.

Bundan əlavə, Bakıda polis təhlükəsizlik tədbirlərini gücləndirib. Sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürülüb.

Əməkdaşlarımız 260 saylı məktəbdə olaraq, burda ilk dərs günün necə keçməsi ilə maraqlanıb. 

Pandemiya vəziyyəti ilə əlaqədar olaraq, xüsusi tədbirlərin keçirilməsinə icazə verilməsə də, uşaqların əlləri gül-çiçəksiz olsa da, birincilərin, onların valideyinlərinin üzündən sevinc, həyəcan əksik olmayıb.

Qeyd edək ki, Bakı, Sumqayıt, Abşeron məktəblərində ibtidai siniflər həftənin iki günü, region məktəblərində isə həftənin üç günü əyani formada dərsə gedəcək, qalan günlərdə isə distant təhsil alacaqlar. 

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti bu ilin mart ayının 3-dən ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar qəbul edib.

Günay İlqarqızı