Qafqazın və Azərbaycanın ilk müasir mühərrik və sənaye yağları istehsalçısı "Technol” dünyanın bir çox ölkəsi ilə ixracat müqaviləsi bağlayıb. Ötən illər Türkiyə və Gürcüstan şirkətləri ilə müqavilə bağlamış "Technol" müqavilə bağladığı ölkələrin sayını artırır.
Hazırda Dubayda keçirilən qlobal avtomexanika sərgisində Azərbaycandan yeganə təmsilçi olan "Technol”dan "Marja"ya verilən məlumata görə, sərgi boyunca 9 ölkə ilə də artıq ixracat müqaviləsi bağlamaq üçün yekun razılıq əldə olunub. Bunlar əsasən ərəb ölkələri, Xəzəryanı və Şərqi Avropa ölkələridir.
"Made in Azerbaijan" devizi ilə Azərbaycanı beynəlxalq sərgilərdə təmsil edən "Technol” bu ilin sonuna qədər ixracat müqavilələrinin sayını 15-ə çatdırmağı planlaşdırır.
Şərhlər