Xəzərə açılan mənzərə və dünya memarları tərəfindən tanınması: Azərbaycanın parlament binasını mütəxəssislər ölkənin ən uğurlu inzibati binalarından biri hesab edir.
Qaynarinfo xəbər verir ki, "MİR 24” telekanalının əməkdaşı Milli Məclisin binasının tikintisi ilə bağlı süjet hazırlayıb.
Azərbaycanın parlament binası şəhərin ən yüksək nöqtəsində yerləşir. Beşmərtəbəli bina 1970-ci illərdə tikilib.
Memar Tahir Abdullayev onu Azərbaycan SSR Ali Sovetinin 25 deputatı üçün hazırlamışdı. Vaxt keçdikcə xalq deputatlarının sayı artmağa başlayıb və memarlıq ansamblında dəyişikliklər etmək tələb olunub.
"Tahir Abdullayev mənim müəllimim olub. Yeni binanın inşası zamanı mən fikir verirdim ki, ümumi kompozisiya pozulmasın. Yeni korpus ayrı qalmamalı, əksinə mövcud olanı tamamlamalı idi”, - deyə "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, memar Müsədin Namazov "MİR 24”ə müsahibəsi zamanı bildirib.
Namazov parlament binasının yenidənqurma və tikintisində iki dəfə iştirak edib. Sonuncu dəyişikliklər 11 il əvvəl edilib. İndi orada 125 deputat üçün geniş kabinetlər var.
Parlamentarilərin bir binadan digərinə rahat keçməsi üçün şüşə tavanı olan 12 metrlik körpü mövcuddur. Oraya yumşaq mebel və nadir bitkilər qoyulub. Qış bağı – parlamentarilərin ağır iş günündən sonra sevimli istirahət yeridir. (oxu.az)
Şərhlər