Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, yeraltı təkanlar təxminən saat 22-55 radələrində Zaqatala və Qax rayonunun kəndlərində hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.
Şərhlər