Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı
Azərbaycanın Türkiyədəki Səfirliyində İzmirdə baş vermiş zəlzələ ilə bağlı "qaynar xətt” yaradılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Səfirliyin saytında bildirilib.
"30 oktyabr 2020-ci il tarixində İzmir şəhərində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar olaraq Səfirlikdə yaradılmış "qaynar xətt" ilə əlaqə saxlaya bilərsiniz. Qaynar xətt: +90 537 282 6740, elektron poçt: [email protected], [email protected]”, - deyə qeyd olunub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər