Foto 15:50 04.11.2019

Azərbaycanın xəbər agentliyi Gürcüstan bazarına daxil oldu (FOTO/VİDEO)

"REPORT” İnformasiya Agentliyinin Gürcüstanda www.report.ge resursu fəaliyyətə başlayıb.

Mərkəzi ofisi paytaxt Tbilisidə yerləşən xəbər saytının əsas məqsədi qonşu ölkədə etibarlı xəbər mənbəyi kimi özünü təsdiq etmək, Gürcüstan ictimaiyyətinin diqqətinə bu ölkədə və xaricdə baş verənləri operativ şəkildə və obyektiv qaydada çatdırmaqdır.

Agentliyin baş redaktoru Nino Xidaşeli bildirib ki, report.ge günboyu Gürcüstanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən aktual hadisələr, habelə xarici xəbərlər yayımlayacaq.


Baş redaktor Nino Xidaşeli

Report.ge artıq bütün sosial şəbəkələrdə aktivdir və bu da onu bir növ multimedia klasterinə çevirir.

Report.ge hazırladığı materialları müasir rəqəmsal texnologiyaları tətbiq etməklə oxucuların daha rahat qəbul edəcəyi formada təqdim edəcək.

Report.ge həm video, həm də yazılı məzmunu özündə birləşdirir, bu da informasiya qəbulunu asanlaşdırır.

www.report.ge üç dildə (gürcü, rus və ingilis) fəaliyyət göstərir.
 
Xatırladaq ki, internet resursu report.az olan "Report” İnformasiya Agentliyi Azərbaycanın onlayn media məkanında 2014-cü ildə fəaliyyətə başlayıb. Baş ofisi Bakı şəhərindədir.