Ölkə 23:59 29.07.2021

Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə meşə yanğınları zamanı həlak olanlarla bağlı başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, XİN başçısı bu barədə özünün feysbukdakı hesabında yazıb.

"Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, - deyə Ceyhun Bayramov qeyd edib.