Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov aldığı daha bir evinin görüntülərini paylaşıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Moskvanın ən bahalı və elit məkanlarından birində və şəhərə möhtəşəm mənzərə açılan binada 200 kvadrat metrlik üçotaqlı mənzil alıb.
Təmirsiz vəziyyətdə aldığı yeni mənzilinin görüntülərini "Instagram” hesabının "Hekayə” bölməsində paylaşan bloqer tezliklə evə köçəcəyini bildirib. Bununla yanaşı, Hüseyn Həsənov eyni kompleksdə anasına da mənzil alıb.
Mənzilin yerləşdiyi məkan haqqında informasiya verməyən azərbaycanlı bloqerin aldığı təmirsiz mənzilin qiyməti təxminən 54,5 milyard rubldur (1,5 milyon manat).
Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.
Onun 12 milyondan çox "Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.
Şərhlər