Maqazin 16:02 24.11.2021

Azərbaycanlı aktrisa gizli ərə gedib

Aktrisa Rada Nəsibova şəxsi həyatı ilə bağlı etiraf edib.

Qaynarinfo xəbər verir ki, o, gizli ailə qurduğunu deyib. Bu haqda Rada "7 canlı" verilişində qonaq olarkən deyib.

"Şəxsi həyatımdan danışmağı istəmirdim. İki aydır ailə qurmuşam. Öz aramızda kiçik məclis etdik. Yaxınlarımız yanımızda var idi. Həyat yoldaşım incəsənət adamı deyil" deyə, Rada söyləyib.