Aparıcı Sona Rəsulova ikinci dəfə ailə qurmağa hazırlaşır.
Qaynarrinfo xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Sona bildirib ki, sevgilisi Türkiyədə istirahət zamanı ona evlilik təklifi edib:
"Hər dəfə belə videolara gülüşlə baxırdım. Düşünməzdim ki, nə vaxtsa, mənim də başıma gələr. Ege dənizinin ortasında sevdiyin insandan evlilik təklifi almaq məni elə təəccübləndirdi ki... Dənizdən sonra saçlarımı daramağa belə imkanım olmadı. Əsas bu deyil. Ən əsası odur ki, mənim cavabım "hə" oldu. Sevgi möcüzələr yaradır, hər şeyə qadirdir, planlarımızı dəyişdirməyi bacarır. Qısası, sevginin olması gözəldir. Hər kəsə xoşbəxtlik və sevgi diləyirəm".
S.Rəsulovanın ərə gedəcəyi şəxs Türkiyə vətəndaşıdır.
Qeyd edək ki, Sona bir dəfə ailəli olub və ayrılıb. O, keçmiş "Dəyirman" qrupunun solisti Elmirlə ailəli idi. Hazırda Elmir də başqa bir xanımla evlidir və iki övladı var. Müğənni hazırda Amerikada yaşayır.
Sona hazırda "Media.FM"də çalışır. O, fəaliyyəti dayandırılan ANS-də "Bala dili" və "Tutugildə" kimi proqramların aparıcısı olub.
Şərhlər