Xəbər lenti

Azərbaycanlı baş katib CEV İdarə Heyətinə üzv seçildi
İdman 19:37 28.11.2020

Azərbaycanlı baş katib CEV İdarə Heyətinə üzv seçildi

Noyabrın 27-də Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin ilk iclası keçirilib. Dünyanı bürümüş COVID-19 səbəbindən videotoplantı şəklində keçən ilk iclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib. Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərovun da iştirak etdiyi iclasda 2020-2024-cü illərdə fəaliyyət göstərəcək komissiyaların tərkibi müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasının 3 namizədi - Regional İnkişaf Mərkəzinin direktoru Nərgiz İsmayılova - Avrokuboklar Komissiyasına, Azərbaycan Voleybol Federasiyasının həkimi Vüsalə Kazımova - Avropa Tibb Komissiyasına, AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman - Avropa İdman Təşkilatı Komissiyasına üzv seçilib.

Qaynarinfo xəbər verir ki, Avstriya paytaxtı Vyanada baş tutan 41-ci Baş Assambleyada AVF-nin baş katibi Cəlil Cəfərov CEV İdarə Heyətinə üzv seçilib. Xüsusilə C.Cəfərov estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gəlib.

Qeyd edilib ki, 56 federasiyanı özündə birləşdirən CEV-in İdarə Heyətinə Azərbaycan Voleybol Federasiyasının baş katibinin seçilməsi, CEV komissiyalarında azərbaycanlıların üzv seçilməsi ölkəmizdə dövlətin idmana, voleybola olan diqqət və qayğının əyani sübutudur.

"Azərbaycan bütün sahələrdə olduğu kimi, idmanda da liderlərdən olduğu qəbul edilib. İnanırıq ki, ölkə başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində idmanda və bütün sahələrdə uğurlarımız daha da artacaq. Ali Baş Komandanın uğurlu siyasəti, Ordumuzun gücü sayəsində ərazi bütövlüyümüz yenidən bərpa olunub. AVF olaraq inanırıq ki, idmançılarımız tezliklə işğaldan azad edilən torpaqlarımızda öz sözlərini deyəcək, doğma rayonlardan əlavə güc aldıqlarını dünyaya göstərəcəklər", - məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, AVF-nin prezidenti Cavid Qurbanovun tapşırığı ilə ölkəmizdə voleybolun daha da inkişaf etməsi, xüsusilə Qarabağda kütləviləşməsi istiqamətində işlərə tezliklə start veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->