Yay hələ başlamasa da bir çox məşhurlar məzuniyyətə start veriblər. Onlardan biri də tanınmış rusiyalı balerina Anastasiya Voloçkovadır.
Anspress-in məlumatına görə, cazibədar sarışın tətil üçün Maldiv adasına üz tutub.
İStirahətindən olan fotolarını tez-tez sosial şəbəkə səhifəsində paylaşan balerina bu dəfə başına gələn bədbəxt hadisədən yazıb.
"Adada velosiped gəzintisi elə də uğurla alınmadı.Bir neçə palmanın yanından keçəndən müvazinəti qoruya bilmədim və ağaca çırpıldım. Bu çox gülünc idi. Velosipeddə özünü təhlükəsiz hiss etmirəm. Praktiki olaraq ondan istifadə edə bilmirəm".
Qeyd edək ki, Anastasiya Voloçkova ilə azərbaycanlı biznesmen Bəxtiyar Səlimov arasında eşq macərası yaşanıb. Onların məhəbbət romanı düz 2 il davam edib. Bu qış balerina sevgilisindən ayrılmaq qərarına gəlib. O, bunu Bəxtiyar Səlimovun Moskvaya gec-gec gəlməsilə əlaqələndirib.
Qaynar.info
Şərhlər