Musiqiçilər Rizvan Əliyev və Röya Miriyeva dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisini təbliğ edirlər.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, onlar "Street cover” layihəsi ilə dünyanın bir çox ölkəsinə səyahət edib, orada həmin ölkənin memarlıq abidələri, rəmzi olan yerlərin qarşısında Azərbaycan mahnıları ifa edirlər.
Bu dəfə cütlük İtaliya küçələrində Azərbaycan milli mahnılarını ifa edib.
Rizvan və Röya Venesiyada "Gəl, barışaq”, Romada isə "Küçələrə su səpmişəm” mahnısını səsləndiriblər.
Qeyd edək ki, Rizvan və Röya 2010-cu ildə tanış olublar. İndiyədək sevgi münasibəti yaşayırlar. Onlar bu il nişanlanmağı planlaşdırırlar.
Şərhlər