Azərbaycanlı fəal yazdığı statusa görə 5 milyon cərimələndi (FOTO)

Azərbaycanlı fəal yazdığı statusa görə 5 milyon cərimələndi (FOTO)

Azərbaycanlı milli-mədəni fəal Rəhim Zarei Kəleybər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

"Qaynarinfo" "GünAz TV"yə istinadən xəbər verir ki, azərbaycanlı fəal Rəhim Zarei irəli sürülən ittihamlardan özünü müdafiə etmək üçün məhkəməyə dəvət edilib.

Babək qalasındakı (Bəzz qalası) tədbirdə iştirak etdiyinə görə tutulan, lakin sonra 500 milyon riallıq zamin qarşılığında sərbəst buraxılan fəala aid Təbriz Cəza Məhkəməsinin 103-cü Şöbəsində daha bir dosye olub. Dosye fəalın digər azərbaycanlı fəal Murtaza Muradpurun aclıq aksiyası ilə bağlı sosial şəbəkələrdə xəbər yayması ilə əlaqədardır. Məlumata görə, məhkəmə R.Zareini yalan xəbər yaymaqda ittiham edərək, barəsində 5 milyon rial nağd cərimə qərarı çıxarıb.

Qeyd edək ki, iyunun 30-da Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına (Bəzz qalası) azərbaycanlılar onlara qarşı ayrı-seçkiliyə son qoyulması və siyasi məhbusların azad edilməsi məqsədi ilə yürüş etmişdilər. Yürüşdən sonra azərbaycanlılar İran hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalmışdı.


Qaynarinfo.Az


XƏBƏRLƏR
BLOGLAR