Rusiyanın "Rosneft” neft şirkətinin məhkəmə departamentinin əməkdaşı Anastasiya Rüstəmovanın əri Emin Rüstəmov özünü oğurlatdırıb.
Qaynarinfo Virtualaz.org istinadən xəbər verir ki, buna səbəb Anastasiyanın ərinə futbol oyunlarına pul qoymaq üçün "cibxərcliyi” verməməsi olub.
A.Rüstəmova mayın 17-si polisə müraciət edib. Qadın ağlayaraq bildirib ki, əri Emini oğurlamış şəxslər ondan pul tələb edirlər və əgər gecə yarısınadək o, 520 min rublu quldurlara çatdırmasa, ərinin cinsiyyət üzvlərini kəsəcəklər. Cinayətkarın Qafqaz ləhcəsində danışdığı bildirilib.
Polis əməkdaşları qadına məsləhət görüblər ki, tələb olunan pulu versin. Onlar cinayətkarları pulu alan anda yaxalamaq qərarına gəliblər. Anastasiya pulu asan tapıb – pis qazanmırmış.
Təyin olunmuş vaxtda cinayətkarlarla Anastasiya Rüstəmova yanacaqdoldurma stansiyasında görüşüblər. Pul dolu paket oğrulara çatan kimi Emin yaxınlıqda görünüb. O, ağır addımlarla baş verənləri kənardan izləyirmiş. Elə bu an Anastasiya ərinin borclarını xatırlayıb və hər şeyi anlayıb.
Məlum olub ki, Eminin bukmeker kontorlarına xeyli borcu yığılıb və onları qaytarmağa pulu yoxdur. Rüstəmov qərara gəlib ki, dostunu onu oğurlamağa razı salsın ki, arvadından lazım olan məbləği qoparsın.
Polis əməkdaşları oğru ilə onun "qurbanını” tutublar.
Şərhlər